Ermənistandan Dağlıq Qarabağa hərbçi daşıyan avtomobil aşıb, 4 əsgər ölüb
7 Noyabr 2018 16:24 SiyasətErmənistan ordusunun 4 əsgəri avtomobil qəzasında ölüb.
Hadisə noyabrın 7-də Gorus rayonu ilə Azərbaycanın işğal altındakı Qubadlı rayonu arasındakı avtomobil yolunda baş verib.
Ermənistan Müdafiə Nazirliyinə məxsus "KamAZ" markalı yük maşını aşıb. Nəticədə 4 əsgər ölüb. Qəza nəticəsində yaralanan əsgərlərin sayı hələ məlum deyil.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31