Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib.

Bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31