Bələdiyyə seçkisinin büdcəsi açıqlandı
5 Noyabr 2018 15:00 Siyasət2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb. "Olaylar"ın məlumatına görə, bu barədə parlament komitələrinin büdcə ilə bağlı müzakirələrində maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir qeyd edib ki, 5-ci bələdiyyə seçkiləri ilə bağlı dövlət büdcəsindən 54 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31