Siyavuş Novruzov İnzibati qanuna köklü dəyişiklik təklif etdi
2 Noyabr 2018 14:58 SiyasətMilli Məclisin deputatı Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinə ümumi dəyişiklik edilməsini təklif edib. "Olaylar"ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin müzakirəyə çıxarılıb təkmilləşdirilməsinə ehtiyac var: "Demək olar ki, hər iclasda biz İnzibati Xətalar Məcəlləsinə bir neçə dəfə dəyişiklik edirik. Təklifim odur ki, Məcəllənin özü müzakirəyə çıxarılsın və təkmilləşdirilsin. Məcəllənin özünə ümumilikdə baxılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31