Diaspor və QHT rəhbərlərinin görüşü keçirilib

Noyabrın 1-də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında diaspor və QHT rəhbərlərinin görüşü keçirilib. "OLAYLAR" xəbər verir ki, görüşdə 25-dən artıq aktiv QHT rəhbəri, eləcə də diaspor nümayəndələri iştirak ediblər. Tədbirdə Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçiriləcək layihələr müzakirə edilib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf bütün tədbir iştirakçılarını salamlayaraq diaspor və QHT rəhbərlərinin təşəbbüslərinin həyata keçirilməsi potensialın olduğunu vurğulayıb. 
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə diaspor və ictimai təşkilatların birgə fəaliyyətinin önəmindən danışıb.

Sonra diaspor və QHT nümayəndələri öz fikirlərini bölüşüblər. Diaspor üzvləri belə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayaraq Azərbaycanda QHT-lərin diaspora dəstəyinin onları motivasiya etdiyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31