Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

Bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı iləElmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31