Milli Məclis noyabrın 2-də yığışacaq
31 Oktyabr 2018 15:08 SiyasətMilli Məclisin növbəti plenar iclası noyabrın 2-də keçiriləcək. "Olaylar" xəbər verir ki, artıq iclasının gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. Gündəliyə Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında; "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; "Məhkəmələr və hakimlər haqqında" qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilməsi kimi qanun layihələri daxil edilib.