Dövlət Gömrük Komitəsinin Akademiyasına yeni rəis təyin edilib
30 Oktyabr 2018 18:06 SiyasətPrezident İlham Əliyev İsmayıl Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla İsmayıl Ağa Qulu oğlu Ələkbərov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Qulu Novruz oğlu NovruzovAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31