Aqil Abbas: "Bəlkə deputatların valideynlərini də çağırıb danlayaq?"
30 Oktyabr 2018 18:38 Siyasət"Mən inanmıram ki, Milli Məclisin 119 deputatı etik davranışı poza və 3 iclasda iştirak etmədiyinə görə İntizam Komissiyasın düşə. Bəlkə valideynlərini də çağırıb danlayalar? Məsələni bu cür qoyulmasını qəbul etmirəm. Bizi 30-40 min adam deputat seçib, indi İntizam komissiyası deməlidir ki, Aqil Abbas sənə yaxşı yol. Məni siz seçmisiniz?". Bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Milli Məclisinin Daxili Nizamnaməsi", Milli Məclis deputatının statusu və Milli Məclisi deputatının etik davranış qaydaları ilə bağlı qanun layihələrinə münasibətini bildirərkən deyib.
A.Abbas deyib ki, qanuna edilən dəyişiklik təklifinə görə, deputat 55 manatdan yüksək olan hədiyyəni İntizam Komissiyasına təqdim etməlidir: "Bütün dünyada 50 dollardan artıq hədiyyə alan deputatar həmin hədiyyəni parlamentin muzeyinə təqdim edirlər. Neçə illərdir deputatam, heç kim mənə hədiyyə vermir. İndi əgər mən Füzuliyə getmişəmsə, orada mənə 150 manatlıq quzu kəsilibsə, indi mən onun 100 manatını İntizam Komissiyasına verməliyəm?".
O bildirib ki, deputatın mantadı yalnız onun seçiciləri tərəfindən əlindən alına bilər: "Daha İntizam Komissiyasında toplanan 9 nəfərə görə mandat geri alına bilməz. Bu, düzgün deyil. Layihəyə səs verəcəyik. Amma hədiyyə və mandat məsələsinə səs verməyəcəm. Mənə elə gəlir ki, bu məsələyə diqqət etməliyik. Deputat madatına xitam verilməsi məsələsi Milli Məclisdə müzakirə edilməli və onun madata layiq olub olmadığı məyyənləşdirilməlidir".
SİA