“Xaricdən gələn nümayəndə heyətləri heç vaxt müxalifətlə görüşmür” AÇIQLAMA

Müxalifət daxili çəkişmələrin dərinləşməsi onudeməyə əsas verir ki, yaxın vaxtlarda partiyalardan yeni qopmalar, istefalar baş verəcək. Hətta AXCP, Müsavat, Ümid, ADP kimi partiyaların fəaliyyətlərinin dayandırılması və ya hansısa partiya transfer olmaları da proqnozlaşdırılır. "Yurddaş" partiyasının sədri Mais Səfərli  bildirib ki, siyasi təşkilatların fəaliyyəti yalnız bəyanat verməklə və bu və digər hadisəyə münasibət bildirməkdən ibarət olmamalıdır: "Siyasi partiyalar hər an fəaliyyətdə olmalıdırlar. Yəni partiyadaxili və təşkilatı məsələlər ilə məşğul olmalıdırlar. Amma dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyaların əsas vəzifəsi nədir? İqtidarın gördüyü işlərə kölgə salmaq, qara ləkə salmaq və reallığı özündə əks etdirməyən məsələlər ilə bağlı bəyanatlar verməkdir. Bu sadəcə olaraq, belə bir fikir deməli müxalifət partiyalarının məşğul ola biləcəyi başqa bir fəaliyyət sıferası yoxdur. Nə partiyadaxili işlərlər məşğul ola bilirlər, nə də ki, öz təşkilatlarında yenidən qurma işlər apara bilmirlər. Ona görə də, ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər".

M.Səfərli onu da bildirib ki, siyasi partiyanın fəaliyyəti yalnız iqtidarın fəaliyyətinə qara yaxmaqdan ibarət olmamalıdır: "Normal fəaliyyətləri olmalıdır. Partiya quruculuğu işləri aparılmalı və öz partiyalarında demokratizmi təmin etməlidirlər. Lakin müxalifət partiyaları bu prinsiplərdən uzaqdır. Belə partiyaların irəliliyə getməsi mümkünsüzdür. Sadəcə olaraq, suyun üzərində qalmaq üçün saman çöpündən yapışan insan təəssüratı yaradırlar". "Fakt budur ki, müxalifət fəaliyyətsiz durumdadır. Xarici qüvvələrin maddi mənəvi yardım da bir nəticə vermir. Bu halda onların fəaliyyət göstərməyinə nə dərəcədə lüzum ola bilər" sualını cavablandıran partiya sədri bildirdi ki, artıq 15 illə yaxındır ki, xarici ölkələrdən gələn xüsusilə də xaricdən gələn nümayəndə heyətləri heç vaxt müxalifətlə görüşmür. Amma indi görün bu radikal müxalifət düşərgəsində olan partiyalar nə dərəcədə fəaliyyətsiz və miskin bir vəziyyətdədirlər ki, onlarla heç kəs hesablaşmır. Demək olar ki, həmin xarici üçün müxalifətin fikirləri önəmsizdir. Onların bu günə düşməsinin səbəbini müxalifətin öz için də axtarmaq lazımdır.

Partiya sədri qeyd edib ki, Azərbaycan Konstitusiyasına və qanunlarına görə, Azərbaycanda siyasi təşkilatların xaricdən maliyyələşdirməsi qəti qadağadır. Yəni həqiqətən də bəzi siyasi təşkilatlar xaricdən maliyyələşirsə onda bu məsələ ilə bağlı hüquq mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdırlar. Xarici qüvvələrdə daxildə olan bəzi partiyalara nəyə görə maliyyə yardımı ayırır? Bunun səbəbi ayrılan bu maliyyə yardımı qarşılığında ölkədə nə isə bir xoşagəlməz vəziyyət yaratsınlar. Amma hər zaman olduğu kimi, xarici havadarlar öz məqsədlərinə çatmayacaqdır. Nə xarici qüvvələr, nə də ki, müxalifət o gücə malik deyil ki, ölkəmizdə xoşagəlməz bir vəziyyət yarada bilsinlər. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31