Prezident “2019 - 2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı təsdiqləyib

Prezident İlham Əliyev "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq edilib.

Bu Sərəncamla təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31