Komitə sədri deputatları güldürdü
30 Oktyabr 2018 14:32 SiyasətMilli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deputat həmkarının adını səhv salıb. "Olaylar"ın məlumatına görə, deputat Fazil Mustafa "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun layihəsinə münasibət bildirib. Deputat deyib ki, Azərbaycanda bələdiyyələrin vergi və ödənişlər əldə etməsi üçün hər cür şərait var.
"Biz də bu şəraitdən istifadə etməliyik". Bundan sonra isə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə həmkarının adını səhv salıb. "Mən Mustafa müəllimin fikirləri ilə razıyam". Arif Rəhimzadənin Fazil Mustafanın adını bilməməsi zalda deputatların gülüşünə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31