MM-də bayraq, himn və gerbimizlə bağlı müzakirə
30 Oktyabr 2018 13:34 SiyasətOktyabrın 30-u və noyabrın 2-də keçiriləcək Milli Məclisin iki iclasında təklif olunan məsələlərdən 3-ü Azərbaycan Respublikası Dövlət Bayrağının, Gerbinin təsviri və Himnin musiqisi və mətninin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqındadır (ikinci səsvermə).
Bu sözləri Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, sözügedən məsələlər əvvəl Konstitusiya qanunu deyildi:
"Milli Məclisdə Bayrağın, Gerbin təsviri və Himnin musiqisi və mətninin Konstitusiya qanunu olması iclasın gündəliyinə təklif olunan məsələlərdir. Bu Konstitusiyanın tələbidir və ona uyğun olaraq dəyişiklik ediləcək".
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası oktyabrın 30-u və noyabrın 2-də keçiriləcək. İki iclasa ümumilikdə 57 məsələ çıxarılacaq.
axar.az