Dövlət büdcəsindən “ASAN xidmət”ə ayrılacaq vəsait 4,1 milyon manat artırılır
24 Oktyabr 2018 18:12 SiyasətGələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") ayrılacaq vəsait artırılır.
2019-cu ilin büdcəsindən Dövlət Agentliyinə 28 milyon 183 min 220 manatın ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki vəsaitdən 4 milyon 120 min 861 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31