Hikmət Şikarov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
23 Oktyabr 2018 12:26 SiyasətAzərbaycan Respublikası Prezidentinin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" 2018-ci il 31iyul tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hikmət Şikarov "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı və müvafiq vəsiqə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tərəfindən Hikmət Şikarova təqdim olunmuşdur.
Olaylar.az bu münasibətlə Hikmət müəllimi təbrik edir, ona gələcək işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzulayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31