Milli Məclisin Daxili Nizamnaməsi dəyişdirilir
22 Oktyabr 2018 16:04 SiyasətMilli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir. "Olaylar"ın məlumatına görə, məsələ ilə bağlı bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. "Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsindən irəli gələn məsələlərlə bağlı parlamentin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir. Dəyişikliklərin əksəriyyəti deputatın mandatdan məhrum edilməsi ilə bağlıdır.
Parlamentin Daxili Nizamnaməsinə dəyişiklik Milli Məclisin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31