Hərbi xərclərmiz artırılır

Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş müdafiə xərclərinin həcmi məlum olub. Məlumatına görə, bu barədə "2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Sənəddə göstərilib ki, 2019-cu il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri 3 milyard 37 milyon manat proqnozlaşdırılır. Xatırladaq ki, 2018-ci il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri 2.905.221.836 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31