Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri dəyişdirilib

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ mətbuat xidmətinin əməkdaşı olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31