YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya iclası keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasın gündəliyində duran əsas məsələ Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi idi. İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin,vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

Olaylar.az xəbər verir ki, son 2 ayda partiya sıralarına 87 nəfər yeni üzvün qəbulu Pirallahı rayon MKTB-da partiya ilə bağlı düzgün təbliğatın  bariz nümunəsidir. Sözsüz ki, sadalanan göstəricilər və əməli fəaliyyət Pirallahı rayon MKTB-nın rəisi Manaf Manafovun partiyamıza olan sədaqətindən irəli gəlir.

Çıxışlardan sonra YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri - Pirallahı rayon MKTB-nın rəis müavini Cəlil Mirzəyev və hüquqşünas, kadrlar üzrə mütəxəssis Aysel Qəribli Manaf Manafovun Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatı sədrliyinə namizədliyini irəli sürdülər. YAP Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəallarının yekdil qərarı ilə Manaf  Manafov Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatının sədri seçildi. İclasın sonunda partiya sıralarına yeni qəbul edilmiş şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olundu. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31