Oqtay Əsədov deputatlara xəbərdarlıq edib: “Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.

Olaylar.az bildirir ki, iclasda "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirə üçün əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb.

Belə ki, səsvermədə 79 deputat iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, səsvermə zamanı diqqətli olmaq lazımdır: "Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31