Deputatlar Komissiya üzvlərinin sayının azaldılmasını qəbul etmir
16 Oktyabr 2018 13:41 SiyasətMilli Məclisin bu gün iclasında "Lotoreyalar haqqında" qanun layihəsinə dəyişiklik məsələsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə barədə məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, dəyişiklik layihəsi ikinci oxunuşda komitədə müzakirə edilərkən deputatlar bir məsələ ilə razılaşmadılar: "Belə ki, yeni dəyişiklikdə qeyd olunur ki, Tiraj Komissiyasının üzvlərinin 3 nəfərdən az olmaması təklif edilir. Millət vəkilləri bu təklifə lazımi cavab tapa bilmədilər. Yəni Komissiyasının üzvlərinin sayının azalmasına ehtiyac yoxdur. Hazırda Komissiyanın üzvlərinin sayı 5 nəfərdir. Bununla bağlı qanun təşəbbüskarı subyekti ilə çıxış edən orqanla müzakirlər aparılır. Yəqin ki, üçüncü oxunuşa qədər məsələ öz həllini tapar".
"Qafqazinfo"