Mülki Məcəlləyə dəyişikliklər edildi
16 Oktyabr 2018 13:04 SiyasətMilli Məclis Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.
Dəyişikliklər haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O, deyib ki, həm "Banklar haqqında" qanuna, həm də Mülki Məcəlləyə dəyişikliklər eyni mahiyyətdədir:
"Bu məsələ komitədə müzakirə edilərkən ona əlavə və düzəlişlər təklif olundu. Qeyd edim ki, Maliyyə Bazarına Nəzarət Palatasının mütəxəssislərinin iştirakı ilə bu məsələ geniş müzakirə olunub".
Daha sonra deputatlar qanun layihəsini qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31