Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb
15 Oktyabr 2018 19:45 SiyasətGəncə şəhərində daha bir idarə rəisi işdən çıxarılıb.
Gəncə "Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin sədri Ağahüseyn Məmmədov vəzifəsindən azad edilib.
Xatırladaq ki, o, ötən ilin iyul ayında vəzifəyə təyin edilmişdi.
"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, bu vəzifəyə Natiq Əhmədov təyin edilib. N.Əhmədov bundan əvvəl idarənin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarılmışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31