Siyasi sabitlikdən iqtisadi inikişafa doğru

Artıq 15 ildir ki, Azərbaycan öz uğurlu inkişaf dövrünü yaşayır. Bütün istiqamətlərdə ölkəmizin uğurlar, nailiyyətlər əldə etməsinin təməlində isə heç şübhəsiz ki, düzgün idarəçilik və həyata keçirilən məqsədyönılü siyasət dayanır. Bu siyasətin təməli əslində ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəlişi ilə qoyulsa da, 2003-cü ildən etibarən, daha doğrusu həmin il oktyabrın 15-də İlham Əliyevin prezident seçilməsi ilə yeni mərhələdə davam etdirilməyə başladı. Hələ prezident kimi and içərkən hər bir vətəndaşın prezidenti olacağını bəyan edən Cənab İlham Əliyev ötən illər ərzində öz əməli ilə bu vədi yerinə yetirmiş oldu.

Artıq 15 ildir ki, Azərbaycan öz uğurlu inkişaf dövrünü yaşayır.  Bütün istiqamətlərdə ölkəmizin uğurlar, nailiyyətlər əldə etməsinin təməlində isə heç şübhəsiz ki, düzgün idarəçilik və həyata keçirilən məqsədyönılü siyasət dayanır. Bu siyasətin təməli əslində ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəlişi ilə qoyulsa da, 2003-cü ildən etibarən, daha doğrusu həmin il oktyabrın 15-də İlham Əliyevin prezident seçilməsi ilə yeni mərhələdə davam etdirilməyə başladı. Hələ prezident kimi and içərkən hər bir vətəndaşın prezidenti olacağını bəyan edən Cənab İlham Əliyev ötən illər ərzində öz əməli ilə bu vədi yerinə yetirmiş oldu.

İlham Əliyevin dövlət başçısı kimi and içərkən verdiyi vədlərdən biri ölkədə 600 min yeni iş yerinin açılması ilə bağlı idi. Düzdür, o zaman çoxları, eləcə də Cənab Prezidentin opponentləri bunun mümkünsüz olduğunu iddia edir, 600 min yeni iş yerinin açılmasını illüziya adlandırırdılar. Ancaq onlar unudurdular ki, İlham Əliyevin verdiyi vədin arxasında real iş, fəaliyyət dayanır. Bu da dövlət başçısı kimi fəaliyyətinin birinci ilində İlham Əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı idi. 2004-cü ildən icrasına başlanan Dövlət Proqramı çərçivəsində regionlarda açılan yeni istehsal müəssisləri, zavod və fabriklər ölkədə işsizlik probleminin aradan qaldırılması ilə yanaşı, eyni zamanda məşğulluğun artırılmasına da imkan yaratdı. Ən əsası prezident İlham Əliyevin 600 min yeni iş yeri açılacağı vədi uğurla həyata keçirildi.

Hər bir ölkənin iqtisadi inkişafı təbii ki, onun siyasi cəhətdən sabit olmasından da asılıdır və İlham Əliyevin ötən 15 il ərzində prezident kimi ən böyük xidmətlərindən biri Azərbaycanda uzunmüddətli sabitliyi təmin etməsi oldu. Düzdür, Cənab Prezidentin rəhbərliyi altında siyasi sabitlikdən iqtisadi inkişafa doğru sürətlə addımlayan Azərbaycanın qəsa zaman ərzində əldə etdiyi uğurlar bir çox xarici dairələrin ürəyincə deyildi və zaman-zaman Azərbaycanda mövcud sabitliyi pozmağa yönəlik cəhdlər oldu. Ancaq yuxarıda qeyd etdiyimiz kimi düzgün idarəçilik və ən əsası da xalq-iqtidar birliyinin nəticəsində həmin qüvvələrin planları baş tutmadı. Xalq-iqtidar birliyindən söz düşmüşkən, bu birliyi şərtləndirən başlıca amil heç şübhəsiz ki, vətəndaşların, cəmiyyətin hakimiyyətə olan inamından, etimadından irəli gəlirdi. Bu etimadın, inamın isə kökündə, təməlində xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər dayanırdı. Ötən 15 il ərzində əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, pensiya və müavinətlərin müntəzəm olaraq qaldırılması, əhalinin aztəminatlı təbəqəsinin sosial durumun yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər xalqın İlham Əliyevə olan inamını, etimadını daha da artırıb, Ona böyük xalq dəstəyini zəruri edib. Məhz bu inam və etimadın göstəricisidir ki, 2008 və 2013-cü illərdə İlham Əliyev yenidən xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilib.

İlham Əliyevin prezidentlik dövründə Azərbaycanın beynəlxalq əlaqələri də nəzərə çarpacaq dərəcədə inkişaf edib, dünyada ölkəmizin rolu və nüfuzu xeyli yüksəlib. İkitərəfli və çoxtərəfli əməkdaşlıq formatında qurulan əlaqələr Azərbaycanın dünya miqyasında mövqelərini möhkəmləndirib. Xüsusilə, ölkəmizin iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr Azərbaycana olan marağı artırıb. Məhz həyata keçirilən uöurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan əksər dünya ölkələri üçün əclbedici dövlətə çevrilib və ayrı=ayrı ölkələr Azərbaycana Cənubi Qafqazda özünün strateji müttəfiqi kimi baxırlar.

Nəhayət, İlham Əliyev Ali Baş Komandan klmi də ötən 15 il ərzində uğurlu fəaliyyəti ilə yadda qalıb. Azərbaycan Ordusunu dünyanın 50 ən qabaqcıl orduları sıralarında qərarlaşdıran Cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə həm də Aprel zəfərinin qəhrəmanı kimi də tarixə düşüb.

Bir sözlə İlham Əliyevin prezident kimi fəaliyyətinin 15 ilinə diqqət etdikdə aydın şəkildə görürük ki, bu illər yalnız və yalnız uğurlarla yadda qalıb. Və əminliklə deüyə bilərik ki, bundan sonra da Azərbaycan İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara, nailiyyətlərə imza atacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31