Prezident İlham Əliyevin Astara rayonuna səfəri başlayıb
15 Oktyabr 2018 15:20 SiyasətOktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gedib.
Dövlət başçısı xalqımızın ümummilli lideriHeydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl dövlət başçısı Lənkərana səfər edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31