"Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatında 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir" adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açıq elan edən "Neft Daşları NQÇİ" ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev bildirdi ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə etdi. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi rəhbərin yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi.

Sonra tədbirdə Neft Daşları NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov və rəis müavini Rüstəm İsmayılov çıxış edərək, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan gərginliyin zəngin dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişinədək davam etdiyini bildirdilər.

Daha sonra tədbir iştirakçıları müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31