Prezident İlham Əliyev Sabir Rzayevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb
10 Oktyabr 2018 18:53 SiyasətPrezident İlham Əliyev Sabir Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə Sabir Fərzi oğlu Rzayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31