Deputat:"Zatulin erməni lobbisinin pulu ilə qidalanır..."
9 Oktyabr 2018 19:01 Siyasət"...Və onların mənafeyini də əks etdirən təxribat xarakterli açıqlamalar verir. Məncə, onun bəyanatlarına fikir verilməməlidir"
"Konstantin Zatulinin Azərbaycanın əleyhinə səsləndirdiyi fikirlər tamamilə əsassız və mənasızdır".
Bunu Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar" açıqlamasını şərh edərkən millət vəkili Fəzail İbrahimli bildirib.
Onun sözlərinə görə, K.Zatulin adlı Rusiya siyasətçisi tanımıram:
"K.Zatulin erməni lobbisinin pulu ilə qidalanır və onların mənafeyini əks etdirən təxribat xarakterli açıqlamalar verir. Məncə, onun bəyanatlarına fikir verilməməlidir. K.Zatulin kimdir ki, onun sözünə bu qədər reaksiya verək. O, ağlına nə gəlirsə, onu da danışır. K.Zatulin nələrisə, deyə bilər, lakin onun dedikləri reallığı əks etdirmir. Onun düşüncəsində zərrə də olsun həqiqət payı yoxdur".