“Prezidentimizin son 15 ildə gördüyü işlərin hamısı göz qabağındadır” - AÇIQLAMA

"9 oktyabr tarixi günlərdən biridir. Bu gün Cənab İlham Əliyev xalqın böyük dəstəyini qazanmaqla 3-cü dəfə Prezident seçildiyi gündür".

Bunu millət vəkili Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın inkişafı və rifahı naminə Prezidentimizin son 15 ildə gördüyü uğurlu işlərin hamısı göz qabağındadır: "Xalqımız da bu inkişafı görür. Elə buna görə də, xalq Prezident İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir. Hər zaman Prezident İlham Əliyev xalqın yanında olub, xalq da bu sevgini hiss edib və öz Prezidentinə arxalanıb. Cənab İlham Əliyev 2003-cü il də Prezident seçiləndə demişdi ki, "mən hər bir azərbaycanlının Prezidenti olacağam". Prezidentimiz bu illər ərzində gördüyü işlərlə, xeyirli, gərəkli fəaliyyəti ilə verdirdiyi vədləri reallığa çevirmişdir. Prezident İlham Əliyev iqtisadi, sosial, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə xalqın və dövlətin maraqlarına uyğun uğurlu nailiyyətlər əldə olunmasını təmin etmişdir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişafa nail olunmasın. Bəli, bu gün fəxr edirik ki, bizim Cənab İlham Əliyev kimi Prezidentimiz var. Əminliklə demək olar ki, Prezidentin Azərbaycan üçün göstərdiyi bu fəaliyyət davamlı olacaq və inşallah bizim yeganə probleminiz olan Dağlıq Qarabağ problemi də inşallah Ali Baş Komandanımızın rəhbərliyi altında yaxın vaxtlarda həll ediləcək".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31