“Vəziyyət kəskinləşsə Ermənistanda vətəndaş müharibəsi baş verəcək” - MÜSAHİBƏ

Millət vəkili Tahir Rzayevin müsahibəsi

- Tahir müəllim, Ermənistanda ictima-siyasi vəziyyətin gərginləşməsi nəticə etibarı ilə Nikol Paşinyanın baş nazirlikdən getməsinə gətirib çıxara bilərmi?

- Paşinyanın istər daxildə, istərsə də xarici aləmdə mövqeləri sarsılmaqdadır. Onun ölkəni idarə etmək bacarığı yoxdur, beynəlxalq məsələlərin həllində yetkinlik deyil. Çünki Paşinyan sərsəm bəyanatlar verir. Bu bəyanatlar nə beynəlxalq hüquq normalarına uyğundur, nə də ki, daxili münaqişənin aradan qaldırılmasına və ölkədə sabitliyin bərpa olunmasına, ona görə də, Paşinyan indi çıxılmaz duruma düşüb. Paşinyan mitinqlər təşkil etməklə müəyyən qədər divident qazanmağa ümid bəsləyir ki, bəlkə, xalq bunu müdafiə etdi. Artıq o vaxtlar keçib. İndi erməni erməni olsa da dərk edir ki, Paşinyan bu dövləti idarə edə bilməz. Çünki o bir avanturist, bir düşmənçilik mövqeyi tutan sərsəmdir. Bir sözlə, erməni xalqı istəyir ki, sakit, müharibəsiz yaşasın. Bu siyasəti başa düşən adamlar bilirlər ki, bu müharibənin axırı yoxdur. Ancaq bu adamlar və əvvəlkilər Qarabağ kartı ilə hakimiyyətə gəlmişdilər. Onlar özləri üçün ucuzda olsa siyasi divident qazanmışdılar. Müəyyən sayda erməniləri də, ələ almışdırlar.

- Sizcə, ermənilər mövcud reallığı dərk edə bilirlərmi?

- İndi erməni xalqı görür ki, Paşinyanlar onları uçuruma aparır. Silah və güc yolu ilə bunlar Qarabağı əldə saxlaya bilməyəcəklər və bu Ermənistana çox böyük ziyanlar gətirəcək. İstər Ermənistanın iqtisadiyyatına, istərsə də beynəlxalq aləmdə ciddi xərbələr vururlar. Gözləyirdilər ki, Paşinyan gələndən sonra bu məsələlər bir qaydaya düşər. Ancaq bu gəldi və əvvəlkilərdən də pis və yaramaz yol tutdu. Artıq buna erməni xalqı inanmır. Ona görə də, ölkədə Paşinyanın əleyhinə müəyyən mənfi münasibətlər var ki, o hakimiyyətdən getməli və hakimiyyətə sağlam adam gəlməlidir. Artıq Paşinyanın tərəfdarlarının sayı xeyli azalıb. Ona görə də, bunun qarşısını müəyyən qaydada almaqdan ötrü Paşinyan mitinqlər təşkil edir Bununla da belə bir fikir formalaşdırmağa çalışır ki, güya erməni xalqı bunu istəyir ona görə də, onlar bunun müdafiəsinə tam qalxıblar. Əslində isə belə deyil. Yəni bunun əksinədir. Artıq erməni xalqı Paşinyanı dəstəkləmir. Az bir müddətdə Paşinyan hakimiyyətdən gedəsidir.

- Hakimiyyət böhranı bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxara bilər?

- Əlbəttə ki, vətəndaş müharibəsi baş verə bilər. Çünki işğalçı ölkədə zora üstünlük verən, qəddarlıqları ilə seçilən, Qarabağda azərbaycanlılara qarşı kütləvi qətliamlar həyata keçirən prezidentlər olub. Əgər onlar doğrudan ağıllı siyasi yol tutsaydılar, bilərdilər ki, Qarabağ Azərbaycanın tərkib və əzəli hissədir. Beləliklə də, münaqişə həll yoluna düşərdi. Ancaq Köçəryan, Sarkisyan Qarabağ kartı ilə hakimiyyətə gəlmişdir. Onlar beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədilər. Qarabağ probleminin həlli ilə əlaqədar BMT qətnamələri, digər beynəlxalq təşkilatların qərarlar mövcuddur. Bu gün kim müharibə istəyir? Heç kəs, erməni xalqı da müharibə istəmir. Ancaq bu gün onlar həm bir müharibəyə cəlb olunublar, həm də aç səfalət içərindədir. Paşinyan xalq arasında özünə rəğbət qazanmaqdan ötrü keçmiş rəhbərliyi təftiş edir, onların törətdikləri cinayətlərini aşkarlamaqla özünə xal qazanmaq istəyir. Ancaq sözsüz ki, onlarında tərəfdarları var. Beynəlxalq dairələrdə də, bunların müəyyən dərəcədə tərəfdarları var.

- Paşinyan rəqiblərini sıradan çıxartmaqdadır. Bununla planlarını həyata keçirə biləcəkmi?

- Bəli, fakt budur ki, Köçaryan və Sarkisyan Paşinyana qarşı müəyyən tədbirlər görməkdədirlər. Bunu görən Paşinyan onları zərərsizləşdirməyə, sıradan çıxartamağa çalışır. Əgər vəziyyət kəskinləşsə Ermənistanda vətəndaş müharibəsi baş verəcək. Ermənilər bir-birinə qarşı silah çəkməkdən, öldürməkdən belə çəkinməyəcəklər. Biz bunu Köçəryan və Sarkisyanın dövründə görmüşük ki, orada mitinqləri necə yatırıblar. Seçkilər ərəfəsində onlar insanlara necə zülm ediblər. Onlar hakimiyyətdə qalmaqdan ötrü hər bir vasitəyə əl atmağa hazır olan adamlardır. Köçaryanlar, Paşinyanlar, Sarkisyanlar erməni xalqını istəmirlər, onlar erməni xalqının bədbəxtliyi üzərində özlərinə xoşbəxtlik yaratmaq istəyən adamlardır.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31