Sərhəd anlaşılmazlığı Federasiyada çat yarada bilər - ŞƏRH

Şimali Qafqazda yeni münaqişə ocağı alovlanır?

Deyəsən Rusiya Federasiyasının parçalanacağı barədə uzun illərdən bəri səsləndirilən proqnozlar özünü doğruldur. Hər halda şimal qonşumuzun subyektlərində baş verən proseslər belə deməyə əsas verir. Hər nə qədər mərkəzi hakimiyyət bunu ört-basdır etməyə, federasiyanın subyektləri arasında mərkəzdən qaçma meyillərinin  olmadığı görüntüsü yaratmağa çalışsa da,  hadisələr Rusiya Federasiyasının subyektlərinin ondan qopmasına doğru cərəyan edir. Hadisələrin bu istiqamətdə cərəyan etməsində mərkəzi hakimiyyətin də günahı az deyil desək yanılmarıq. Belə ki, Vladimir Putinin növbəti dəfə prezident seçilməsindən sonra bir sıra subyektlərdə qubernator dəyişiklikləri həyata keçirməsi, yerli rəhbərlərin gəlmələrlə, ruslarla əvəz olunması istıər-istəməz federasiyanın subyektlərində narazılığa səbəb oldu. Artıq Rusiya Federasiya daxilində subyektlər arasında problemlər ən qabarıq şəkildə özünü büruzə verməyə başlayıb. Belə ki, Rusiya Federasiyasının Şimali Qafqazadakı 2 subyekti olan Çeçenistan və İnquşetiya rəhbərliyi uzun müddətdir iki dövlət arasında narazıçılığa səbəb olan sərhəd məsələsini həll ediblər. Bir neçə gün bundan öncə Çeçenistan prezidenti Ramzan Kadırov və İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında uzun müddətdi müzakirə edilən və mübahisə yaradan sərhəd məsələsində razılıq haqqında müqaviləyə qol çəkiblər. Həmin müqaviləyə əsasən tərəflər mübahisəli bir neçə rayonu bir-birinə qaytarmalıdırlar.

Çeçenistanla İnquşetiya arasında əldə edilən müqaviləni şərh edən müstəqil ekspert Zeynal Əmralıyev deyib ki,  müqavilənin ən narazıçılıq yaradan tərəfi İnquşetiya torpaqlarının bir hissəsinin Çeçenistana verilməsidir. Onun sözlərinə görə, inquşlar bu müqavilənin maddələrinin məlum olduğu andan bəri ona etiraz edirlər: "Müqavilə İnquşetiya parlamentində təsdiq edildikdən sonra 10 minə yaxın insan parlamentin binası qarşısına toplaşaraq bu müqavilənin ləğvini tələb ediblər. ilk öncə Milli Qvardiya əsgərlərinin müşayəti altında bir neçə deputat etirazçıların qarşısına çıxsa da, daha sonra atəş səsi eşidilib və deputatları əsgərlər geri binaya götürüblər. Bu müqavilə heç şübhəsiz ki, Kremlin razılığı olmadan imzalanmazdı. Bəs Putin admistirasiyası nəyə görə mübahisəni çeçenlərin xeyrinə həll etdi? Burda bir neçə amil var. İlk növbədə dövlət başçısı Ramzan Kadırovun xüsusi xidmətləri burada mühüm rol oynayır. Kadırov çeçenlərin arasında nüfuzunu xeyli gücləndirmək və hakimiyyətdən getdikdən sonra belə təsir gücünü saxlamaq istəyirdi. Buna görə də adını tarixə salacaq mühüm bir işə imza atmalıydı. Putin də göstərdiyi fədakarlıqları qarşısında onu mükafatsız qoymadı". Ekspert qeyd edib ki, ikinci bir məsələ Moskvanın narazı çeçenləri razı salmaq üçün bu işi həyata keçirməsidir: "Aydın məsələdir ki, müharibə bitsə belə Çeçenistanda hələ də Rusiyadan narazı olan insanlar var. Bu insanlar əsasən yeniyetmə gənclərdən təşkil olunur. Kreml onların problemə çevrilməsini arzulamır. Buna görə də milliyətci çeçen gənclərinin istəyi yerinə gətirildi. Onların chr("39")chr("39")dədə-baba torpağımızchr("39")chr("39") dediyi yerlər yenidən özlərinə qaytarıldı. Üçüncü bir məsələ isə Moskvanın bölgə xalqları arasında ənənvi ədavəti gücləndirmək istəməsidir. Tarixdən də bildiyimiz kimi chr("39")chr("39")parçala və hökmranlıq et siyasətichr("39")chr("39") nəticəsində bölgə daha yaxşı idarə edilir. Bu məsələ həll olunmayıb böyük problemə çevrilsə onun Rusiya və Qafqaz regionu üçün nəticləri çox ağır ola bilər. Birincisi, bu narazıçılıq xaricdən dəstəyin sayəsində dini amillər də işin içinə qatılaraq xaosa çevrilə bilər. İkincisi, bununla gələcəkdə baş verə biləcək bir qarşudurmanın əsası qoyula bilər. Üçüncüsü, inquşlar arasında Moskvaya qarşı bir küskünlük yarada bilər. Onsuz da əhalinin sosial vəziyyəti burda elə də ürəkaçan deyil. Bir də belə narazıçıqlar xalqı qıcıqlandıra bilər". Zeynal Əmralıyevin sözlərinə görə,  ümumilikdə,Şimali Qafqaz regionunda dövlət hakimiyyətinin zəifləməsi, bilavastə Putinin nüfüzunun azalması Kremlin heç istəmədiyi, heç arzulamadığı bir haldır: "Müqavilə artıq təsdiq edildi və inquşlar bundan narazıdır. Bu artıq bir faktdır. Ancaq Putin hakimiyyətinin bu naraçılığı necə həll edəcəyindən və bunda hansı siyasəti güddüyündən isə hələ ki Kremldəkilərdən başqa heç kimin xəbəri yoxdur".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31