“Qarabağ klanı” hakimiyyətdən, müxalifətdən sıxışdırıb çıxarılır” - MÖVQE

"Ermənistanın baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri, məşhur biznesmen Qaqik Tsarukyanla görüşərək memorandum imzaladılar. Parlament seçkisi dekabrda keçiriləcək. Paşinyan dediyi oldu. Bu memorandumdan sonra parlamentdə çoxluqda olan Respublika Partiyası müqavimət göstərə bilməyəcək".

Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tsarukyan Paşinyanla bu dəfə anlaşsa da, ana müxalifət formalaşdırmağa çalışacaq: "Tsarukyan üçün bu böyük nəticə ola bilər. Elə Paşinyana da "Qarabağ klanındansa" Tsarukyan kimi ana müxalifət lazımdır. Beləliklə, "Qarabağ klanı" həm hakimiyyətdən, həm də müxalifətdən sıxışdırıb çıxarılır".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən axşam parlamentin ikinci ən böyük fraksiyası olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanla memorandum imzalayıb. Tərəflər dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında razılığa gəliblər.

Memoranduma görə, "Çiçəklənən Ermənistan" partiyası N.Paşinyanın baş nazir postundan istefa verəndən bu vəzifəyə öz namizədini irəli sürməyəcək, eləcə də başqa namizədi dəstəkləməyəcək.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31