Baş konsul ABŞ Dövlət Departamentinin beynəlxalq dini azadlıqlar üzrə səfiri ilə görüşdü
9 Oktyabr 2018 13:28 SiyasətAzərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri Səm Braunbək ilə görüşüb.
Səm Braunbək 1996-2011-ci illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.
Görüşdə baş konsul N.Ağayev Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri haqqında ətraflı məlumat verərək, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini vurğulayıb. N.Ağayev, bu gün Azərbaycanda multikulturalizm və dinlərarası harmoniyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Sonra tərəflər bu və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.