“ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri" mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçiriləcək

Oktyabrın 10-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında "ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri" mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçiriləcək. "OLAYLAR" xəbər verir ki, tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov iştirak edəcək.

10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitinin nəticələrinin müzakirəsinə həsr olunmuş bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri - səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edəcəklər. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media ekspert Səbuhi Abbasov isə tədbirə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə qatılacaq.

Məlumat üçün qeyd edək ki, S.Abbasov 10-21 Sentyabr tarixində Varşava şəhərində baş tutmuş ATƏT Sammitində də çıxış edərək iştirakçılara müraciət ünvanlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31