“Bütün bu cür səfərlər separatçı rejimi və işğalı təbliğ edir”

"Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə birlikdə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə öz mövqeyini bildirdi. Mən də həmin mövqeyi dəstəkləyirəm və bölüşürəm".

Bu fikri  Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının qanunlarını ciddi şəkildə pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfərlər təşkil edilir: "Azərbaycanın icazəsi, razılığı olmadan işğal edilmiş Dağlıq Qarabağ ərazisinə edilən bütün bu cür səfərlər separatçı rejimi və işğalı təbliğ edir. Ona görə də XİN bu məsələyə tamamilə doğru olan mənfi münasibətini nümayiş etdirdi".

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31