ATƏT-in xarici işlər nazirlərinin iclası dekabrın 6-7-də Milanda keçiriləcək
8 Oktyabr 2018 16:26 SiyasətBu il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası dekabrın 6-7-də İtaliyanın Milan şəhərində keçiriləcək.
Bu barədə İtaliyanın xarici işlər naziri Entso Moavero-Milanezi bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
"İtaliyanın ilin sonunadək ATƏT sədri postunu tutduğunu nəzərə alaraq, Lavrovla nazirlərin görüşünün dekabrın 6-7-də Milanda keçirilməsini müzakirə etdik. Görüşdə iştirak edəcəyini təsdiq etdiyinə görə Lavrova təşəkkür edirəm", - E.Moavero-Milanezi deyib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31