Diaspor təşkilatları Komitə sədrinin fəaliyyətini təqdir edir

Cənab Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri kimi qəsa bir zamanda atdığı addımlar şəxsən mənim üçün, bir diaspor sədri olaraq çox gürurvericidir. Bu fikirləri "OLAYLAR"-a Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva səsləndirib. O, bildirib ki, atılan addımlar cəmiyyətdə azərbaycançılığa olan həvəs,  Azərbaycan üçün görüləcək işlərin daha  yüksək səviyyədə təşkil olunmasında böyük rol oynayır: "Ən çox dəyərləndirdiyim işlərdən biri Diasporla İş üzrə Dövlət Komitəsinin Ictimai Televiziya ilə birlikdə "Vətən uzaqda deyilchr("39") adlıchr("39") hazırladığı proqramdır. Bu ən təsirli və gözəl bir addımdir.  Bu proqram vasitəsilə həm diasporların gördüyü işlər,  fəaliyyət cəmiyyətə və soydaşlarımıza çatdırılacaq, həm də dünya azərbaycanlılarının tanınmasında, xaricdə yaşayan azərbaycanlılar arasında azərbaycançılığın unudulmamasında, onların gördükləri işlərin gənc, yeniyetmə və gələcək nəsillərə çatdırılmasında bu proqram çox müsbət rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31