Ermənilərin ''İvanaşvilisi'' kim olacaq?
8 Oktyabr 2018 16:14 SiyasətRusiya Paşinyanın qarşısına məşhur oliqarxı çıxarır
Ermənistanda baş verən inqilabi dəyişikliklərdən sonra sərinləşən Moskva-İrəvan münasibətləri hər ötən gün daha da mənfi istiqamətə doğru yan alır. Nə baş nazir Nikol Paşinyan xarici siuyasətdə dəqiqliyə yol verib Ermənistanın bundan sonra gedəcəyi yolu müəyyən edə bilmir, nə də Rusiya öz forpostunu asanlıqla əldən vermək istəyir. Hələlik qeyri-müəyyən olaraq qalan Rusiya-Ermənistan münasibətlərinə aydınlıq gətirmək üçünsə deyəsən Kreml hərəkətə keçməyi düşünür. Daha doğrusu Moskvada artıq Nikol Paşinyanla dil tapmağın heç də asan olmadığı qənaəti formalaşıb və bu səbəbdən inqilabçı baş nazirin Rusiyaya yaxın bir siyasətçi ilə əvəzlənməsi planları üzərində iş gedir. Bunun üçünsə ən yaxşı fürsət yaxın vaxtlarda Ermənistanda keçirilməsi gözlənilən parlament seçkiləridir,
Rusiyanı Nikol Paşinyandan incik salan əsas əsas məqamlardan biri baş nazirin Kremlin yaxın adamları sayılan Robert Köçəryan və Serj Sərkisyana qarşı siyasi təzyiqlərə başlaması oldu. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistandan olan baş katibinin məsuliyyətə cəlb edilməsi istiqamətində atılan addımlar, Rusiyadan daha çox Qərbə meyillənmək Kremldə heç də xoş qarşılanmadı və bütün bunların nəticəsidir ki, artıq şimal qonşumuz Ermənistanda Paşinyana alternativ ola biləcək birinin axtarışına çıxıb. Artıq Rusiyanın parlament seçkilərində kimə dəstək verəcəyi də məlumdur. Hər halda cərəyan edən proseslər və ekspertlərin dəyərləndirmələri belə deməyə əsas verir. Müstəqil ekspert Zeynal Əmralıyev də deyir ki, Robert Köçəryan vasitəsi ilə Nikol Paşinyanı yola salmağın bir qədər qəliz olduğunu görən Kreml rəhbərliyi bu dəfə Paşinyanın qarşısına yeni bir rəqib çıxarıb. Onun sözlərinə görə, bu məşhur milyader, Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyandır: "Növbədənkənar parlament seçkilərinə bəkkə də ən güclü hazırlaşan siyasətçi hazırda Çarukyandır.Bütün qüvvəsini bu yolda işə salan oliqarx ölkədəki müxtəlif siyasi partiyalarla, o cümlədən İrs Partiyası, Erməni Milli Konqres Partiyası, Erməni Ümumilli Konqresi kimi siyasi partiyalarla, həmçinin Samvel Babayan, Andrias Quqasyan, keçmiş müdafiə naziri Seyran Ohanyan kimi tanınış siyasiləri də ətrafına yığaraq Nikol Paşinyana qarşı güclü bir blok qurur. Bu işdə ona ən böyük dəstəyi isə Kreml gösdərir". Ekspert deyib ki, Moskva əvvəlcə Nikol Paşinyana qarşı keçmiş prezident Robert Köçəryanı çıxarmağa cəhd etdi. Lakin erməni xalqı Köçəryana keçmişdə etdiyi işlərdən dolayı bir o qədərdə isti münasibət bəsləmədi: "Çarukyanın xalq içində kifayət qədər nüfuzu var, ölkənin ən zəngin iş adamı olan bu oliqarxı bir çox erməni chr("39")chr("39")çörək verən adamchr("39")chr("39") kimi tanıyır. Heç təsadüfi deyil ki, Robert Köçəryan- Serj Sarkisyan cütlüyünün chr("39")chr("39")qılıncının dalının da, qabağının da kəsdiyichr("39")chr("39") dövrdə Çarukaynın partiyası parlamentdə öz sözünü deyən nüfuzlu partiya idi. Hətta uzun müddət hakim partiya ilə müttəfiqlik belə etdi, Təhlükəsizlik Şurasının üzvü kimi əsas söz sahiblərindən biri halına belə gəlmişdi. Ölkədəki əsas mətbu orqanları, o cümlədən chr("39")chr("39")Jamanakchr("39")chr("39") qəzeti konkret şəkildə Çarukyanın təbliğatı ilə məşğuldur". Zeynal Əmralıyev deyib ki, Çarukyana chr("39")chr("39")Qarabağ klanıchr("39")chr("39")da dəstək verir. Çünki onların arasında çox isti münasibət var: "Təkcə onu demək kifayətdir ki, Köçəryanla Çarukyan arasında böyük biznes ortaqlığı var. Çarikyan Ermənistan siyasi elitasında chr("39")chr("39")Kremlin adamıchr("39")chr("39") kimi tanınır. Elə böyük biznes imperiyasını da Moskvanın dəstəyi ilə qurduğunu hər kəs bilir. Görünən budur ki, göstəriş də elə Moskvadan gəlib. Nikol Paşinyanın baş nazir olmasına razılıq verən Çarukyanın indi onun üçün baş ağrısına çevrildiyini və qurulacaq parlamentdə onun əsas rəqibinə çevriləcəyi artıq ən böyük ehtimaldır. Zənnimcə,Ermənistan siyasi həyatında Paşinyan-Çarukyan mübarizəsinin şahidi olacağıq. Moskvanın lazımi anda Paşinyana qarşı edəcəyi chr("39")chr("39")rəngli inqlabchr("39")chr("39")a Çarukyanın rəhbərlik edəcəyi böyük gözləntidir. Hər halda hər şey parlament seçkilərində aydın olacaq".
Süleyman