Komitə sədri: “Çox ciddi nöqsanlara yol verildi”

"Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində ciddi nöqsanlar vardı"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin iclasında deyib. Komitə sədri qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər vardı: "Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbət işartılar da özünü göstərməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31