Deputat: “Bilmək istəyirik ki, yenilik var, yoxsa, elə boş-boşuna danışırıq…”
8 Oktyabr 2018 13:56 Siyasət"Keçən iclasımızda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsinə valyutadəyişmə məntəqələri ilə bağlı sual verdik. Üstündən 10 gün keçir, deyilsin görək, bu müddət ərzində nə dəyişiklik, nə yenilik baş verib?" "Olaylar" xəbər verir ki, bunu parlamentin komitə iclasında millət vəkili Rüfət Quliyev deyib. Onun sözlərinə görə, çünki bu məsələ ciddi məsələdir və hər dəfə də qaldırılır: "Biz də bilmək istəyirik ki, bu məsələdə hansı yenilik var, yoxsa, biz elə boş-boşuna danışırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31