Arif Rəhimzadə Rusiyaya gedir
8 Oktyabr 2018 13:55 SiyasətMilli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının Sosial siyasət və İnsan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiya Federasiyasında səfərdə olacaq. Milli Məclisdən "Olaylar"a verilən xəbərə görə, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda quruma üzv ölkələrin Əmək və Miqrasiya kodekslərinin model variantlarının işlənməsi, QİÇS-lə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların sağlamlığının qorunması ilə bağlı problemlər və digər məsələlər müzakirə ediləcək. Deputatımız iclasda müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31