Ölkəmizə etnik separatizmi ixrac etmək istəyənlər cəzalandırılmalıdır - MÜSAHİBƏ

Rusiyada Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, milli etnik zəmində düşmənçiliyi qızışdıran separatist qurumların və onların informasiya mərkəzlərinin fəaliyyəti ölkəmizi narahat edən faktordur

Rusiya ilə Azərbaycan arasında dərinləşən siyasi, iqtisadi, ticari və digər istiqamətlərdə əlaqələr şimal qonşumuzdakı bəzi dairələrin narahatçılığını artırıb. Elə bu səbəbdəndir ki, son illərdə müşahidə edilən Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaq cəhdləri yenidən özünü büruzə verməyə başlayıb. Rusiyadakı erməni lobbisinin maraqlarına xidmət edən həmin dairələr Moskva ilə Bakı arasında ziddiyyətlər yaratmağa çalışmaqla yanaşı, ölkəmizdə etnik separatizmi yaymağa cəhd göstərirlər. Təbii ki, bu kimi cəhdlər Azərbaycanda haqlı etirazla qarşılanır və həmin dairələrin Rusiyanın müvafiq qurumları tərəfindən cəzalandırılması tələb olunur.

Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür.  Politoloq hesab edir ki, sözügedən qüvvələrin mövcudluğu Rusiya-Azərbaycan münasibətlərinə real təhlükə mənbəyidir.

-Rusiya ilə ölkəmiz arasında ikitərəfli əlaqələrdə inkişaf tendensiyası müşahidə edilir. Rusiya ilə bir çox sahələri əhatə edən sənədlər imzalanıb. Moskva ilə prezidentlərin Soçi görüşündə imzalanan sənədlər göstərir ki, iki ölkə əhəmiyyətli şəkildə iqtisadi-siyasi tərəfdaşlıqda strateji xətt götürüb. Cənubi Qafqazda Rusiya belə demək mümkünsə, Gürcüstan və Ermənistandan dan fərqli olaraq, 
Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirmək siyasətinə malikdir.

-Rusiya prezidenti Vladimir Putinin ötən ay baş tutan Bakı səfəri də bu münasibətlərin inkişaf etdirilməsi baxımndan əhəmiyyətli deyildimi?

-Əlbəttə. Rusiya prezidenti Vladimir Putinin ötən ayın 27-də Bakı səfərində iqtisadi əməkdaşlığı bir daha xüsusi qeyd etməsi, Kremlin Azərbaycanı əlverişli və stabil iqtisadi cəhətdən əhəmiyyətli ölkə hesab etməsi demək idi. Təbii ki, iqtisadi əməkdaşlıq siyasi əlaqələrin dinamizminə gətirməlidir.

-Ancaq zaman-zaman Moskva ilə Bakı arasında münasibətlərə xələl gətirməyə yönəlik cəhdlər də müşahidə edilir

-Tamamilə doğru buyurursunuz. Dövlətlərarası və prezidentlərin şəxsi münasibətlərinin yüksək olduğu indiki mərhələdə Rusiyada Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən, milli etnik zəmində düşmənçiliyi qızışdıran separatist qurumların və onların informasiya mərkəzlərinin fəaliyyəti ölkəmizi narahat edən faktordu. Ölkəmizə qarşı separatizmi və etnik düşmənçiliyi təbliğ edənlər bu gün Rusiyada yüksək səviyyədə himayə olunur. Əgər, belə olmasa idi, Rusiyada onların fəaliyyət azadlığına imkan verilməzdi.

-Həmin qüvvələrə erməni lobbisinin təsir dairəsi hansı formadadır?

-Həmin qüvvələr birbaşa erməni lobbisinin maraqlarına xidmət edirlər. Rusiyada erməni lobbisinin maliyyə hesabı və birbaşa Rusiya dövlətinin nəzarətində olan Azərbaycana qarşı yuxarıda qeyd etdiyim məsələlərdə fəaliyyət göstərən özlərini talış qardaşlarımızın guya "himayəçisi" adlandıran ünsürlərin əsl məqsədi ölkədə Rusiyanın separatist siyasətini və imperiya maraqlarını " parçala və idarə et" prinsiplərini həyata keçirənlərdi. Onlar heç vaxt talış qardaşlarımızın təmsilçiləri ola bilməz.  Rəsmi Bakı birmənalı şəkildə Rusiyadan öz ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən bu şəxslərlə bağlı izahat tələb etməli və nota verməlidir.

-Azərbaycan əleyhinə etnik separatizmlə məşğul olanlar konkert kimlərdir?

-Azərbaycan əleyhinə etnik düşmənçiliyi qızışdıranlardan biri İsmayıl Şabanovdur ki, bu şəxs hətta Putinin millətlər arası beynəlxalq şurasının üzvüdür. Göründüyü kimi Rusiyanın ölkəmizə qarşı bu siyasəti başa düşülən deyil. Və, bu kimi fəaliyyətlər Rusiyanın Azərbaycana qarşı siyasətində suallar doğurur. Məhz, tarix boyu Rusiya etnik müstəvidə ölkəmizə qarşı siyasət aparıb hazırda da bu davam edir.

-Bu arada maraqlı bir tendensiya müşahidə edilir ki, o da rus dilinin ölkəmizdə inkişafı, rusdilli məktəblərin sayının artırılmasına yönəlik cəhdlərdir. Siz, bunu necə dəyərləndirərədiniz?

-Ruisya prezidenti Vladimir Putinin son səfəri çərçivəsində rus dilinin ölkəmizdə inkişafından razı qalması, hətta 300 yaxın rus dili məkətbinin fəaliyyətdə olmasını qeyd etməsi, hesab edirəm heç də xalqımızın milli təhlükəsizliyi baxımından müsbət hal kimi qiymətləndirmək olmaz. Deməli, Rusiya prezidenti ölkəmizdə nə qədər çox rus məktəbinin olmasında maraqlıdır və bunu sevindirici hal kimi qiymıətləndirir. Rusiya təhsil sistemimizə nüfuz etməklə, bu ölkəyə loyal və gələcəkdə ölkəmizi şimal qonşumuzun tərkibində görmək istəyən yeni nəsil formalaşdırır.  Təhsil Nazirliyinin son əmrində ölkə üzrə rus dili saatlarının artırılması, heç də şagirdlərin xarici dil bilməsi üçün deyil. Bu, ölkədə Rusiyanın nüfuzunun artırılmasına hesablanan addımdır. Rusiya dünyaya hansı töhfə və nailliyyəti yaxud elmi inkişafı bəxş edib? Bu gün Rusiya Qərbin elminə və texnologiyasına möhtacdır. Dünyada Rusiya yalnız çalışıb güc yolu ilə öz dilini yaysın, mədəniyyətlərə nüfuz etsin.

Cənubi Qafqazda yalnız Azərbaycanda bu qədər Rus dilli məkətbələrə rast gəlinir və getdikcə bu məktəblər say etibarı ilə çoxalır. Nə Gürcüstanda, nə də Ermənistanda rus dilinə bu qədər önəm verilmir. Gürcüstan, Ermənistan hətta Rusiya ilə eyni mədədniyyət və ortaq dilə malik olan Ukrayana Rusiyadan uzaqlaşır. Rus dilini ölkələrinin təhsil sistemindən ləğv edirlər. Hətta, təhlükəsizliyinə cavabdeh olan Ermənistanda Rusiyanı bu gün bu ölkədə qəbul etmirlər.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31