Ermənistan hərbi rəhbərliyi Qarabağda

Ermənistan müdafiə naziri David Tonoyan Silahlı Qüvvələrin baş qərargah rəisi, general-mayor Artak Davtyanın müşayiəti ilə Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər edib. 

Bununla bağlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" hesabında məlumat verib. 

Tonoyan bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. 

O, komanda heyətində baş nazir Nikol Paşinyanın atəşkəs rejiminə əməl olunması ilə bağlı əmrini çatdırıb. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31