"Siyavuş Novruzovun bildirdiyi fikirlər doğru və tam yerində ifadə edilib"
5 Oktyabr 2018 17:13 Siyasət"Bu cür mitinqin təşkil edilməsi məntiqə əsaslanmayan davranışdan başqa bir şey deyil"
Orucova "OLAYLAR" "Siyavuş Novruzovun bildirdiyi fikirlər doğru və tam yerində ifadə edilib. Dövlət başçımız Azərbaycan xalqının iradəsinə uyğun olaraq siyasi, iqtisadi, hərbi və diplomatik vasitələrdən məharətlə istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu addımlar atmaqda davam edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında analitik siyasi icmalçı Ehtiram Aşırlı deyib.
O bildirib ki, Siyavuş müəllim çox gözəl vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün xalq cənab prezident İlham Əliyevi seçib. Ölkə başçımız bu münaqişənin həllində xalqın yeganə təmsilçisidir: "Bu cür mitinqin təşkil edilməsi məntiqə əsaslanmayan davranışdan başqa bir şey deyil. Münaqişənin həll olunmamasının səbəbi ölkə başçımızın bu münaqişənin həlli ilə bağlı atdığı addımlar da deyil, dünya ölkələrinin bu münaqişəyə ikili yanaşmasında, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyində və Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarında axtarmaq lazımdır.
Hesab edirəm ki, həmsədr ölkələrinin səfirliklərinin qarşısında bu cür mitinqlər təşkil etmiş olsaq daha məqsədə uyğun olar və beləcə onlara da bir daha öz prinsipial mövqeyimizi və əzmimizi xalq olaraq xatırlatmış və nümayiş etdirmiş olarıq".