Konstantin Zatulin ermənilərə bağlı şəxsdir

Onun bütün ictimai-siyasi fəaliyyəti erməni lobbisi tərəfindən maliyyələşdirilir

Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağla, xüsusən də  tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlər Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında  narahat etməkdədir. Çünki ölkə Prezidentinin  bəyanatları tutarlı arqumentlərə, tarixi faktlara və sübuta geniş ehtiyacı olmayan dəlllərə əsaslanır. Prezident  İlham Əliyevin Dağlıq Qarabağla bağlı mövqeyi tam həqiqəti əks etdirir və erməniləri, işğalçılıq və təcavüzkarlıq siyasəti ilə məşğul olan cinayətkar Ermənistan rəhbərliyini, erməni lobbisi və diasporasını fakt qarşısında qoyur. Üstəlik Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etməkdədir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı Ermənistanə əməlli-başlı əndişələndirib. Bu arada Ermənistanın Rusiya ilə münasibətinin kəskinləşməsi erməni diasporasını ciddi düşünürməyə vadar edib. Nə qədər qəribə olsa da erməni diasporası bu məsələdə elə rusiya vətəndaşlarından istifadəyə üstünlük veriblər.

Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin son açıqlaması deməyə əsas verir ki, Ermənistan və erməni lobbi dairələrinin aləti olan bu şəxs Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi surətdə narahatlıq keçirir. Əslində isə Zatulin Ermənistan diasporasına Rusiyaya arxadan xəncər saplamasını ört-basdır etmək üçün lazımdır. Əks halda onun bütün siyasi və ictimai fəaliyyətinə maliyyə dəstəyi verməzdi. Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin ermənilərə, separatçılıq fəaliyyəti ilə məşğul olanlara satılmış, muzdla, sifarişlə çalışan çox zavallı və miskin bir şəxsdir. Onun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər sərsəmlikdən və boşbozağlıqdan başqa bir şey deyil. Boşboğazlıq, yalançılıq, şər və böhtançılıq onun xislətindədir.

Qeyd edək ki, Konstantin  Zatulin Rusiyanın özündə qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınır. Məlumata görə, Zatulin çirkin yollarla Moskva Dövlət Universitetinə (MDU) qəbul olunub. Onun öz tələbə yoldaşlarının bildirdiyinə görə, Zatulin universitetdə bir qayda olaraq bu və ya digər qayda pozuntusu edən tələbələr barədə rəhbərliyə məlumat verməklə məşğul olub. İndiyə qədər də onun elmi biliyi, siyasi savadı həm tələbə yoldaşları, həm də Rusiya elmi ictimaiyyəti arasında böyük suallar doğurur. Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olması ilə tanınıb. O, vaxtilə komsomol xətti ilə kommersiya obyektləri yaradıb, moskvalılara pulsuz mənzil verəcəyi ilə şirnikləndirməklə 2 milyona qədər lotoreya satıb, amma onlara mənzil verməyib. O, bu və ya digər siyasi qüvvə tərəfindən maddi baxımdan həvəsləndirilərək sifarişli siyasi fəaliyyəti ilə də tanınır. Ümumiyyətlə, onun adı bir qayda olaraq ya çirkin kommersiyalarda, ya fırıldaqçılıqda, yaxud da sifarişli siyasi fəaliyyətdə hallanır. Buna görə də erməni millətçiləri Zatulindən vaxtaşırı özlərinin Azərbaycana qarşı çirkin ideoloji təbliğatında istifadə etməyə çalışırlar. O, əslində sərsəmləməlri ilə erməniləri, nökərçilik etdiyi ağalarını da pus duruma salır. Çünki onun dedikləri fakt, sübut, arqument deyil, böhtan, şər və qarayaxmadır.

Onu da xatırladaq ki, Zatulun hələ illər öncəsi Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər edib və qondarma "DQR" rəhbərliyi ilə görüşlər keçirərək separatçıları dəstəklədiyini açıq-aşkar nümayiş etdirib, separatçı rejimin keçirdiyi qanunsua seçkiləri izləyib. Elə bu səbədən Azərbaycanın Xarici İşlər Nazirliyi onu arzuolunmaz şəxs elan edərək "qara siyahıya "salııb. Üstəlik  Rusiya Dövlət Dumasının sədri də Zatulinin hərəkərlərinin yolverilməz olduğunu,  Rusiya dövlətinin mövqeyni əks etdirmədiyini də ifadə etmişdi. Ancaq görünən odur ki, Zatulin onunla bağlı ölçü götürülmədiyi, hərəkərlərinə layiqli qiymət verilmədiyi, cəzalandırılmadığı üçün öz fitnəkar əməllərindən əl çəkmək fikrində deyil,əksinə, separatizmə, erməni terrorçuluğuna dəstək ifadə edən fəaliyyətini daha da genişləndirməkdədir. Bu isə ona dəlalət edir ki, Zatulinin ermənilərlə bağlı olması, erməni lobbisi tərəfindən maliyyələşdirilməsi heç bir şübhə doğurmur.

Millət vəkili Çingiz Qənizadə daha sonra Zatulinin ermənilərə bağlı şəxs olduğuna diqqət çəkib: "Zatulin Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirilərkən qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib və Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, ermənilər də yaşayır. Təkcə bu fakt hər şeyi deyir". Görünən ondan ibarətdir ki, Zatulin və onun kimiləri erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münadibətlərini pozmağa cəhd göstərirlər. Lakin bu fəaliyyət iki dövlət arasında uzun müddətdən bəri formalaşan münasibətlərə xələl gətirə bilməz.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31