GUAM baş nazirləri Moldovada toplanır

Bu gün Moldovada GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclası keçiriləcək.

İclas Moldovanın Bulboaka kəndindəki Mimi qəsrində baş tutacaq. İclasın sonunda GUAM üzvləri ümumi deklarasiya yayacaqlar.

Qeyd edək ki, GUAM-a Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova üzvdür.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31