Azərbaycanla Fransa arasında sosial təminat sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Parisdə Bakı şəhərinin "Ekspo 2025" Ümumdünya Sərgisinə namizədliyinə dair  simpoziumda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fransanın Milli Yaşa görə Pensiya Sığortası Kassasının (CNAV) direktoru Reno Viyarla görüşüb.

S.Babayev ölkəmizdə sosial sahədə əldə olunan nailiyyətlərdən, əhalinin sosial müdafiəsi və təminatı sahəsində həyata keçirilən islahatlardan söz açıb.

CNAV direktoru Reno Viyar ölkəsində pensiya sisteminin köhnə və çox mürəkkəb olduğunu bildirib. "Köhnə və çox mürəkkəb pensiya sistemimiz olmasına baxmayaraq hələ də işləyir. Ancaq biz pensiya sistemimizi yeniləməliyik. Azərbaycan gənc ölkədir, yeni sistem qurmusunuz. Sizin pensiya sistemi, xüsusilə də informasiya texnologiyalarından istifadə sahəsində təcrübənizi öyrənməkdə maraqlıyıq" - deyə R. Viyar diqqətə çatdırıb. O, ölkəsindəki sosial təminat sisteminin hazırki vəziyyətindən danışıb. Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılması istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduqlarını bildirib. Bu istiqamətdə mövcud imkanların reallaşdırılması üçün müvafiq işlərin aparılacağına əminliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31