"Müəllimlər də güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilsin”

Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında müəllimlərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflə çıxış edib.

Deputat bildirib ki, Azərbaycanda mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində iki yol var ki, onlardan biri ipoteka, biri isə sosial evlərdir: "Sosial evlərdan yaşı 35-dən aşağı olan gənc müəllimlər yararlana bilir. Lakin 35 yaşından yuxarı, 15 ildən artıq fəaliyyət göstərən müəllimlərimiz var ki, onlar bu imkanlardan yararlanmaq imkanına malik deyillər. Belə olan halda, ipoteka zamanı müəllimlərə də güzəştlər tətbiq oluna bilər. Müəllimlər də güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilsin".

Q.Paşayeva qeyd edib ki, ilkin olaraq ən azı 20 il stajı olan müəllimlərin bundan yararlanması mümkün olsa yaxşı olardı: "Bu onlar üçün ən böyük bayram hədiyyəsi olardı".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31