AntiAzərbaycan qüvvələrin maşası rolunu oynayanlar

Sosial şəbəkələrdə xərçəng xəstəliyi kimi yayılan bəzi milli satqınlarımız müxtəlif adlar altında üz tutduqları Avropa ölkələrində də Azərbaycan əleyhinə fəaliyyət, ölkəmizin adına ləkə gətirməklə məşğuldurlar. Həm də bu fəaliyyət özünün qeyri-sivil, etikadan kənar, şər, böhtan atmaq elementləri ilə seçilir.

Sosial şəbəkələrdə xərçəng xəstəliyi kimi yayılan bəzi milli satqınlarımız müxtəlif adlar altında üz tutduqları Avropa ölkələrində də Azərbaycan əleyhinə fəaliyyət, ölkəmizin adına ləkə gətirməklə məşğuldurlar.  Həm də bu fəaliyyət özünün qeyri-sivil, etikadan kənar, şər, böhtan atmaq elementləri ilə seçilir.  Azərbaycanın əldə etdiyi heç bir uğuru gözü götürməyən milli satqınlarımız hər şeyə sanki qara eynəklə baxıb ancaq nöqsan axtarışına çıxıblar. Baş verən təbiət hadisəsini belə absurdcasına hakimiyyətin yarıtmaz siyasəti kimi qələmə verən bu tip insanlar sanki Azərbaycanı aşağılamaq, onu gözdən salmaqdan zövq alırlar. Zaman-zaman bu qəbildən olan "soydaşlarımız"ın nümayiş etdirdiyi antiAzərbaycan mövqeyi kəskin şəkildə tənqid edərək onların iç üzünü açıb cəmiyyətə göstərmişik. Milli maraqlardan çıxış edərək vətən, dövlət manafelərini şəxsi maraqlarına qurban verən bu insanların kimliklərini araşdıraraq onlar barədə cəmiyyəti məlumatlandırırıq. Bu dəfə də daha bir neçə "soydaşımız"ın "qəhrəmanlığından" bəhs etmək istərdik.

Maraqlısı odur ki, bu qəbildən olan "soydaşlarımız"ın sayı yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Sanki həmin insanları "şəbəkə  biznesi"nə cəlb ediblər. Bu biznesin daha geniş yayılması və daha çox pul qazanmaq üçünsə Azərbaycanı gözdən salmaq başlıca şərtdir. Təəssüflər olsun ki, bəzi "soydaşlarımız" Avropada lüks həyat üçün Azərbaycana qarşı fəaliyyətdən çəkinmirlər.

Hazırda Avropada Azərbaycan əleyhinə fəaliyyəti ilə seçilən "azərbaycanlılar"dan biri  Elçin Əliyev adlı "azərbaycanlıdır". 2015-ci ildən Almaniyada məskunlaşmış Elçin Əliyev bu ölkəyə çatar-çatmaz Azərbaycanı hədəf almağa başlayıb.  Fəaliyyəti ancaq Azərbaycan barədə mənfi rəy formalaşdırmaq, xalqın sosial rifah halının ağır olması barədə yalan, böhtan dolu paylaşımlar etməkdən ibarət olan Elçin Əliyevin qeyri-ciddi və səmimiyyətdən kənar biri olduğunu "soydaşımız"ın həyat fəaliyyətinə nəzər yetirdikdə aydın görə bilərik. Belə ki, Elçin Əliyev  2005 - 2008-ci illərdə Rusiya Federeasiyasının Dağıstan Respublikasının paytaxtı olan Maxaçkala şəhərində bir çox yaşayış binalarının tikintisində briqada rəhbəri kimi  fəaliyyət göstərib. Əsasən azərbaycanlı işçilərin çalışdığı briqada da heç də indi Elçin Əliyevin bəhs etdiyi haqq-ədalət prinsipi qorunmayıb. Bu gün hakimiyyəti ədalətsizlikdə ittiham edən Elçin Əliyev halbuki qeyd etdiyimiz illərdə tikinti briqadasında çalışdırdığı azərbaycanlı işçilərə qarşı ədalətli davranmayıb. İstər iş saatı bölgüsü, istərsə də əmək haqqı müəyyən edilərkən haqq-ədalət "carçısı" azərbaycanlıların hüquqlarını pozub, onları daha ağır işlərə cəlb edib.

Başqa bir fakt, 2009 - 2015-ci illərdə Sumqayıt şəhər  " AZENCO " və " STP " ASC- nin Sumqayıt şəhər 1 saylı tikinti sahəsində 9- cu dərəcəli usta, iş icraçısı, mühəndis vəzifələrində çalışan Elçin Əliyevin yadına nədənsə həmin illərdə sosial ədalət, xalqın rifah halı kimi məsələlər düşməyib. Həmin illərdə kifayət qədər gəlir əldə edən Elçin Əliyev sonradan yol verdiyi nöqsanlara görə işini itirdikdə, nədənsə cəmiyyətin qayğısına qalan biri obrazı yaratmağa başlayıb və 2015-ci ildən dövləti, dövlətçiliyi hədəfə götürüb.

Ümumiyyətlə, Avropada Azərbaycan əleyhinə fəaliyyətlərlə məşğul olan "soydaşlarımız"ın yaxın tarixinə nəzər saldıqda, onların heç birinin normal düşüncə və təfəkkür sahibi kimi tanınmadığının şahidi oluruq. Necə ki,  Amil Heydərov kimiş Vaxtı ilə narkomaniyadan əziyyət çəkən, bu səbəbdən cinayət məsuliyyətinə cəlb olunan, buna rəğmən islah olumayan Amil Heydərov indi Almaniyada ən ciddi "demokratlardan" biri olub. Ad və soyadını yazarkən səhvə yol verən Amil Heydərov əminliklə deyə bilərik ki, diktator və ya demokrat sözünün də nə məna kəsb etdiyinindən tamamilə xəbərsizdir. Ancaq ki, bütün günü sosial şəbəkədə Azərbaycanda demokratiya olmadığını iddia edir, hakimiyyətin ünvanına şər-böhtan yağıdırır.  Təbii ki, bu kimi milli satqınların kimlərin diqtəsi ilə Azərbaycana qarşı fəaliyyət göstərdiyi zaman-zaman üzə çıxır və onların da ölkəmizi istəməyən qüvvələrin əlində alətə çevrildiyi hər kəsə bəlli olur.

Azərbaycana qarşı aparılan şər kampaniyasının icraçılarından biri də hazırda Belçikada yaşayan Rəşad Mehdidir. Rəşadı da facebookun "qəhrəmanlarından" saymaq olar. Və bu şəxs də dövlət və dövlətçilik maraqlarının mahiyyətini anlamadan Avropada Azərbaycanı gözdən salmaqla məşğuldur. Rəşad Mehdi Belçikada əyyaşlığı ilə də tanınan "azərbaycanlılardandır". Hətta bu adam facebookda belə öz əyyaşlığını reklam etməkdən belə çəkinmir. Bir-iki qədəh vurduqdan sonra sosial şəbəkədə "şirə-pələngə" dönən Rəşad Mehdi bütün qəzəbini, hirsini Azərbaycanın üzərinə tökür. Özünü sosial şəbəkənin mübariz qəhrəmanı kimi qələmə verən Rəşad Mehdi Azərbaycanı təhqir etməkdən belə çəkinmir və sanki bundan zövq alır.

Burada maraqlı bir faktı qeyd etmək lazımdır ki, hazırda Avropada Azərbaycan əleyhinə kampaniyaya qoşulmuş, ölkəmizi hədəf seçmiş milli satqınlarımızın əksəriyyəti bir vaxtlar Azərbaycanda müəyyən postlarda çalışmış, həmin imkanlar hesabına özlərinə sərvət toplamış şəxslərdir. Halbuki həmin illərdə adlarını qeyd etdiyimiz şəxslər Azərbaycanda hansısa problemin olduğunu belə dilə gətirmək istəmirdilər. Çünki malik olduqları imkanlardan kifayət qədər yararlana bilirdilər. Necə ki, Azər Əliyev kimi. Azad Düşüncə Mərkəzi İctimai Birliyi kimi antiAzərbaycan qurumun rəhbəri olan Azər Əliyev bir vaxtlar "Samsunq" şirkətində söbə müdiri olaraq çalışılb. Sosial şəbəkədə özünü siyalı olaraq qələmə verən Azər Əliyev halbuki ziyalı sözünün z hərfindən belə uzaqdır. Əks təqdirdə özünü ziyalı hesab edən birisi küçə səviyyəsinə enməz, Almaniyada milli satqınlarımızın Azərbaycan əleyhinə keçirdiyi toplantılara dəstək verməzdi. Yaxud özünə ziyalı deyən şəxs bilməlidir ki, paylaşdığı karikatura ilə kimisə təhqir etmək səhərdən axşama qədər ağız dolusu danışdığı demokratiya demək deyil. Əksinə insan ləyaqətini alçaltmaq, ona hörmət etməməkdir.

Bir zamanlar bələdiyyə üzvü olmuş, eyni zamanda sahibkarlıq fəaliyyətilə məşğul olmuş Elçin Qasımov da sosial şəbəkənin antiAzərbaycan qəhrəmanlarındandır. "Neftçi" İdman Sağlamlıq Mərkəzinin Neftçala stadionunda bir vaxtkar müdir müavini işləmiş bu şəxs də indi əsl "demokrat" olub və Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edir. Hətta Elçin Qasımovda Vətən, millət, dövlət hissi o qədər ölüb ki, o, Ermənistanda baş verən xırda bir müsbət tendensiyaya belə sevinir, onu təqdir edir. Necə ki, bir müddət əvvəl Almaniya kansleri Angela Merkelin Ermənistana səfər edərək orada qalmasını böyük sevinc hissi ilə qarşılayırdı. Eyni zamanda Merkelin Azərbaycana səfər etməsinə qarşı isə aparılan kampniyaya dəstək verirdi.

Göründüyü kimi, sosial şəbəkənin antiAzərbaycan qəhrəmanları dövlət, millət, Vətən anlayışından tamamilə uzaqdırlar və onların əsas missiyası Azərbaycanı sevməyən şər qüvvələrin, hətta erməni lobbisinin maşasına çevrilib dövlətçilik əleyhinə fəaliyyət göstərməkdir. Təəssüflər olsun ki, bütün milli ruh və düşüncələrini itirən bu kimi şəxslər nə dərəcədə Vətənə xəyanət etdiklərinin fərqində deyillər və öz çirkin fəaliyyətlərini davam etdirirlər. Burada bir məqama da diqqət çəkmək lazımdır ki, sosial şəbəkənin antiAzərbaycan "qəhrəmanları" heç yaşadıqları ölkələrdə də ciddi qəbul edilmirlər. İstər Almaniya, istər Belçika, istərsə də digər Avropa ölkələrində insan yerinə qoyulmayan bu kimi "azərbaycanlılar" yalnız müəyyən müddət üçün lazım olan vasitə kimi istifadə olunurlar. Lazım gələndə onlar da həmin vasitə kimi çölə atılacaqlar. Ona görə də nə qədər gec deyil öz səhvlərini anlayıb doğru yola qayıtsalar yaxşıdır. Əks təqdirdə sonra gec olacaq.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31