Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib
5 Oktyabr 2018 01:41 SiyasətLeyla Yaşar qızı Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.
Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31